Rusiyanın Başqırdıstan Respublikasında maşın qaçıran yeniyetmə 3 dostu ilə birlikdə qəza törədib. Avtosfer.az xəbər verir ki, hadisə Ufa şəhərində baş verib. Bu barədə yerli DİN Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, dörd yeniyetmə yol kənarında yan şüşələri açıq “Qazel” markalı park edilmiş maşın görüblər. Onlar açıq pəncərədən kabinəyə daxil olaraq yolda sürməyə başlayıblar.
“Qazel”in sükanı arxasına sürməyi bacaran 8-ci sinif şagirdi əyləşib.
Maşınla bir müddət irəliləyən 15 yaşlı oğlan, yolda bir yük maşını ilə toqquşub.
Hadisədən qorxan yeniyetmələr maşından düşərək oranı tərk ediblər.
Bundan sonra araşdırmalara başlayan polis qısa müddət ərzində 15 yaşlı oğlanı saxlayaraq polis bölməsinə gətirib.
Hazırda oğurluq və qəza törətməklə bağlı prosessual qərar qəbul edilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man