Beyləqanda avtomobillər toqquşdu; ölən var

Yol qəzaları 22 May 2020 | 11:12
OXUNUB: 560

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə mayın 21-i saat 11:30 radələrində rayonun Mil qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü Fəxrəddin Əsədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Elşən Əlizadənin idarə etdiyi “VAZ-21154” markalı avtomobillə toqquşub.

Nəticədə “VAZ-2106” markalı avtomobilin sürücüsü F.Əsədov, onun sərnişini - qızı Günel Əsədova, “VAZ-21154” markalı avtomobilin sərnişini Gülşən Əlizadə ağır bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. F.Əsədov həmin gün saat 16 radələrində xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinaytət işi başlanılıb. (“Report”)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man