Sürücülər üçün qorxunc an və ölüm nöqtəsi: Diqqətli olun! - VİDEO

Yol qəzaları 21 May 2020 | 10:44
OXUNUB: 6797

Sürətli yolda nasaz vəziyyətdə qalan avtomobil digər sürücülərə təhlükəli anlar yaradıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, xarici ölkələrin birində qeydə alınan videodan görünür ki, avtomobil sürətli zolaqların birində nasaz vəziyyətdə qalıb. Videonu qeydə alan sürücü qarşıda hərəkətdə olan yük avtomobilini ötən zaman qəfildən qarşısısına həmin nasaz avtomobil çıxır. Sürücü dəhşətli qəzadan son anda yayına bilib.

Buna oxşar hadisə bir müddət əvvəl paytaxtın Heydər Əliyev prospektində də baş verib.  Prospektlə hərəkət edən "Lexus" markalı avtomobil, sürətli zolaqda nasaz vəziyyətdə qalan "Mercedes" marakalı avtomobillə toqquşub. Qəza nəticəsində "Mercedes"də olan 12 yaşlı uşaq dünyasını dəyişib.

Hərəkətdə olan zaman avtomobildə qəfildən nasazlıq baş verərsə maksimum yolun sağ kənarına çəkmək lazımdır. Əgər bu alınmazsa, sürücü öncə qəza dayanma işıq siqnallarını qoşmalı və təhlükəsiz şəkildə avtomobili tərk edərək başqa şəxslərin köməyi ilə avtomobili yoldan kənara çıxarmalıdır.

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man