Rusiyanın Saratov şəhərində sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə mayın 20-də “Tankist” küçəsində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.
Məlumata görə, 99 saylı marşrut üzrə hərəkət edən “Qazel” markalı avtobus, sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində 6-sı qadın, 1-i kişi olmaqla ümumilikdə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Polis qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man