Bakıda piyadanın avtomobil tərəfindən vurulma anı kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, sutkanın qaranlıq vaxtı paytaxt küçələrinin birində hərəkət edən "Vaz 2106" markalı avtomobilin sürücüsü nizamlanmayan piyada keçidini keçmək istəyən piyadanı vurub. Sürücünün ehtiyatsızlığı və piyadanın qara paltarda olaraq görünməməsi nəticəsində qəza baş verir.
Sürücülərə piyada keçidinə yaxınlaşan zaman sürətlərini azaldaraq diqqətli olmalarını, piyadalara isə keçiddə hərəkət edən zaman onlara yol verildiyinə əmin olduqdan sonra ehtiytalı hərəkət etmələrini tövsiyə edirik.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man