Rusiyanın Mordoviya Respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Saransk şəhərinin Oktyabr rayonu ərazisində qeydə alınıb. Bu barədə “TASS” agentliyi məlumat yayıb.
Məlumata görə, “Renault Megane” markalı minik avtomobili, naməlum səbəblərdən yolun əks zolağına keçərək qarşıdan gələn “Nissan Almera” markalı minik maşını ilə toqquşub. Nəticədə 3 nəfər ölüb, 1-i isə xəsarət alıb. Yaralı, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man