Kolumbiyanın şimalında qatarın və minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident Maqdalena departamentinin Sıenaqa bələdiyyəsi ərazisində qeydə alınıb. Bu barədə ötən gün “El Tiempo” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, içərisində 4 nəfərin olduğu avtomobilin sürücüsü, qatarın gəldiyini görməyərək dəmir yol keçidindən keçməyə çalışıb. Nəticədə toqquşma baş verib və nəqliyyat vasitəsində olan 4 nəfər aldıqları xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.
Yerli icra orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man