Bakıda sərnişin avtobusu belə yandı - VİDEO

Yol qəzaları 23 Fevral 2020 | 23:45
OXUNUB: 1521

Bakıda marşurut avtobusu yanıb. Yanmağa başlayan 208 saylı avtobusdan sərnişinlər dərhal düşərək ərazidən uzaqlaşıblar. Məsələyə Bakı Nəqliyyat Agentliyi də münasibət bildirib.

Yanan avtobusdan sərnişinlər təxliyə edilib.

Hadisə bir neçə gün bundan əvvəl Bakıda baş verib. Magistral yolda yanan avtobus yaxınlıqdan keçən sürücülər üçün həyəcanlı anlar yaşadıb.

Hadisə ilə bağlı sözügedən avtobusun sürücüləri və dispeçerlə əlaqə saxladıq.Onlar məsələdən xəbərsiz olduqlarını, hətta belə bir hadisənin olmadığını iddia etdilər.

Əslində baş verən bu hadisə ictimai nəqliyyatda təhlükəsizlik məsələsini bir daha gündəmə gətirir. Bizdə avtobuslarda yanğınsöndürən cihazların olub olmadığını araşdırdıq.

Bu arada yanan avtobusla bağlı məsələyə Bakı Nəqliyyat Agentliyi də münasibət bildirib.Agentliyin məlumatında qeyd olunur ki, hadisə Maqna Trans MMC-nin müvəqqəti istismarında olan 208 nömrəli marşrut avtobusunda qeydə alınıb. Bu hal bir daha bir çox daşıyıcılara məxsus avtobusların texniki baxımdan yararsız olmasının əyani sübutudur. Bakı Nəqliyyat Agentliyi bu cür texniki baxımdan yararsız avtobusların xətdən çıxarılması və yeniləri ilə əvəz olunması ilə əlaqədar dəfələrlə daşıyıcılara xəbərdarlıq edib. Buna məhəl qoymayanlar bilməlidirlər ki, onlara marşrut xəttinin müvəqqəti istismarına dair imzalanan müqaviləyə xitam veriləcək-deyə agentliyin məlumatında qeyd olunur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man