Nərimanov rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığında keçərək sola dönmə əməliyyatı etmək istəyib. Lakin “yol ver” nişanının tələbini pozub və qarşıdan gələn nəqliyyat vasitəsini gözləməyib. Bu zaman “Toyota Prado” markalı avtomobil “Mercedes”ə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. Polis əməkdaşları başqa hadisənin baş verməməsi üçün yolda tənzimləmə işləri aparıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man