Hindistanın Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus MiQ-29K tipli təlim təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 23-də yerli saatla 10:30 radələrində Qoa ştatında qeydə alınıb. Bu barədə ölkənin HDQ-nin nümayəndəsi öz “Twitter” hesabından məlumat yayıb.
Məlumata görə, insident təyyarənin təlim uçuşu yerinə yetirdiyi zaman baş verib.
Bildirilir ki, pilot katapult edib və xilas edilib.
Müvafiq qurumlar tərəfindən qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man