ABŞ-ın Kaliforniya ştatında avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün San-Dieqo şəhərindən 72 kilometr aralıda “şose 76”da qeydə alınıb. Bu barədə Nort dairəsinin yanğınsöndürmə xidmətindən məlumat verilib.
Məlumata görə, yüksək sürətlə hərəkətdə olan reys avtobusu, sürücüsünün idarəetməsindən çıxaraq yol kənarına aşıb.
Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Yaralılardan 3-ü, həkimlərin bütün səylərinə baxmayaraq orada dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man