Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Report” -a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Moskva prospektində qeydə alınıb.
Belə ki, 159 nömrəli tam orta məktəbin şagirdi Kərimli Vaqif Sənan oğlu anasının əlindən çıxaraq yola qaçıb. Nəticədə “VAZ-2107” markalı avtomobil 10 yaşlı uşağı vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.
Həkim müayinəsindən keçdikdən sonra uşağa ənsə sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man