Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az Report-a istinadən məlumatına görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Ziya Şirinovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ay Sabunçu rayon ərazisində qeydə alınıb. 1958-ci il təvəllüdlü Bağırova Ofelya Heydər qızı yolu keçmək istəyərkən avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılsa da dünyasını dəyişib.
O.Abbasova Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Gültən
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man