Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"un Yuxarı Şirvan bürosuna istinadən xəbərinə görə, hadisə ötən gün saat 22 radələrində Bakı-Qazax yolunun rayonun şərti olaraq "Dördyol" adlanan ərazisində qeydə alınıb.
"İkarus" markalı sərnişin avtobusu yolu keçən piyada, rayonun Qarabörk kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Heybət oğlu Novruzəliyevi vurub. E.Novruzəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gültən
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man