ABŞ-ın Texas ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, insident Kolmen dairəsində qeydə alınıb. Bu barədə “Abilene Reporter News” nəşri məlumat verib.
Məlumata görə, təyyarənin pilotu elektrik avadanlıqlarında yaranmış nasazlıq səbəbindən Abilina aeroportuna qayıtmaq üçün dispetçerə məlumat verib.
Bildirilir ki, hava gəmisi radarlardan fevralın 20-də yerli saatla 6:00 radələrində itib.
Qəzaya uğramış təyyarə Kolman gölündən qərbdə boş ərazidə aşkarlanıb. Göyərtədə olan 3 nəfərin hamısı həlak olub.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man