Bakının Binəqədi rayonunda piyadanın üzərindən avtomobil keçib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb. Təxminən 50-55 yaşlı kişi yolun ikinci zolağında uzanmış vəziyyətdə olub. Əvvəlcə "Opel" markalı avtomobilin sürücüsü həmin şəxsi yerdə gördüyündən qəfil əyləcdən istifadə edərək avtomobilini yol kənarında yeni qazılan çuxura aşırıb. Toğrul Cəfərli isə idarə etdiyi "BMW" markalı nəqliyyat vasitəsilə həmin şəxsin üzərindən keçib. "BMW"-də olan sərnişin İsmayıl Xaspoladov APA-ya bildirib ki, yerə uzanan şəxsi əvvəlcə naməlum markalı avtomobil vurub. Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Piyadanın hansı şəraitdə ölməsi dəqiqləşdirilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man