Avstraliyanın Viktoriya ştatında sərnişin qatarı qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident fevralın 20-də səhər saatlarında Melburn şəhərindən təxminən 45 kilometr kənarda yerləşən Uollan stansiyasında qeydə alınıb. Bu barədə “7 News” telekanalı məlumat verib.
Məlumata görə, qəza zamanı lokomotiv və 5 vaqon relsdən çıxaraq aşıb. Nəticədə 2 nəfər dünyasını dəyişib, bir neçə sərnişin və maşinist isə vaqonun içərisində bağlı qalıblar.
Qatarda ümumilikdə 200 nəfərin ola biləcəyi ehtimal edilir. Hadisə yerinə təcili yardım xidməti cəlb edilib. Bir çox yaralılara ilkin tibbi yardım göstərilib.
Müvafiq qurumlar qəzanın baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man