Rusiyada magistral avtomobil yoluna çıxan nəsli tükənməkdə olan Amur pələngini maşın vurub. “Report” İHA-ya istinadən xəbər verir ki, hadisə ölkənin Primorski diyarında baş verib. Nəticədə Amur pələngi tələf olub. Hüquq-mühafizə orqanları qəzanı törədən sürücünün ifadəsini aldıqdan sonra onu sərbəst buraxıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, “Qırmızı kitab”a daxil edilən Amur pələnginin dünyada sayı 580-600 arasıdır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man