Fransanın cənubunda “Piper PA-28” tipli yüngül mühərrikli sərnişin təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident Averon departamentinin Larzak aerodromundan bir neçə kilometr aralıda Kressel kommunasında qeydə alınıb. Bu barədə ötən gün “France Info” radiostansiyası məlumat verib.
Məlumata görə, Anqulemadan havalanan turist təyyarəsi naməluma səbəblərdən pilotun idarəetməsindən çıxıb, bundan sonra hava gəmisi yüksəkliyi itirərək enməyə başlayıb və yerə çırpılaraq yanıb.
Hadisə ilə bağlı yanğınsöndürmə xidmətinə və polisə yerli fermer xəbər verib.
Nəticədə pilot və 3 sərnişin hadisə yerində dünyasını dəyişib.
Qəzanın ötən gün regionda müşahidə edilən güclü külək səbəbindən baş verə biləcəyi ehtimal edilir.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man