İordaniyada tələbələrin olduğu servis avtobusu aşdı: 1 ölü, 37 yaralı - FOTO

Yol qəzaları 16 Fevral 2020 | 16:30
OXUNUB: 808

İordaniyanın paytaxtı Omanda tələbələri daşıyan avtobus qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident fevralın 16-da səhər saatlarında Zarqa-Mafrak şosesinin “Zarqa” özəl universitetinin yaxınlığında qeydə alınıb. Bu barədə “Royanews” telekanalı məlumat verib.

Məlumata görə, hərəkətdə olan servis avtobusu naməlum səbəblərdən sürücünün idarəetməsindən çıxaraq yol kənarına aşıb. Nəticədə 1 qadın dünyasını dəyişib, daha 37 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə şəhər xəstəxanasına çatdırılıblar. Onlardan 9-un vəziyyəti ağır qiymətləndirilir.

Müvafiq qurumlar tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man