Azarkeşləri daşıyan avtobusu aşdı: 8 ölü, 30 yaralı - FOTO

Yol qəzaları 16 Fevral 2020 | 13:30
OXUNUB: 1161

Peruda ekvadorlu futbol azarkeşlərini daşıyan avtobus ağır yol qəzasına düşüb. Avtosfer.az xəbər verir ki, insident fevralın 15-də tərəfdarların Libertadores Kubokunun ikinci turunun "Sporting Crystal" - "Barselona" cavab görüşünün keçirildiyi Lima şəhərindən avtobusla qayıdarkən Piura şəhəri ərazisində qeydə alınıb. “El Universo” məlumat verib.

Məlumata görə, 50-dən çox azarkeşin olduğu avtobus hərəkətdə olan zaman naməluma səbəblərdən idarəetmədən çıxıb və 15 metr hündürlükdən uçuruma yuvarlanıb.

Nəticədə 8 nəfər dünyasını dəyişib, daha 30-u isə xəsarət alıb. Onlardan 12 nəfəri iki təyyarənin köməkliyi ilə Perudan Ekvadordakı xəstəxanalara çatdırılıblar.

Bildirilir ki, ölənləri cəsədləri isə bu gün ölkəyə gətiriləcək.

Qeyd edək ki, keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man