Kalmıkiyada iki avtobusun və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident P-22 fedral avtomagistralının Arşan-Zelmen yaşayış məntəqəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, iki “Neoplan” markalı sərnişin avtobusu “Kamaz”la toqquşub. Nəticədə 11 nəfər xəsarət alıb.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Bildirilir ki, avtobuslardan biri Moskva – Elista marşrutu ilə hərəkət edib, içərisində 20 sərnişin olub, digəri isə Moskva – Xasavyurd reysini həyata keçirib, salonunda isə 30 sərnişin yer alıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man