Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Report” -a istinadən verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Məmmədov Rövşən Ramiz oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Gültən
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man