İki avtomobil buzun qırılması nəticəsində çaya düşüb, ölənlər var

Yol qəzaları 14 Fevral 2020 | 08:45
OXUNUB: 1022

Rusiyanın Xabarovsk şəhəri yaxınlığında - Voronej-3 kəndindən 4 km aralıda iki avtomobilin Amur çayına düşməsi faktı qeydə alınıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə balıq ovundan qayıdan üç avtomobilin buz bağlamış çayın üzərindən qanunsuz keçidlə hərəkət edərkən baş verib. Sahildən 50-70 metr məsafədə baş verən hadisə zamanı buzun qırılması nəticəsində ilk olaraq içərisində 2 nəfərin olduğu "UAZ Patriot” markalı avtomobil çaya düşüb. “Toyota Rush” markalı avtomobil də buz altına düşsə də sürücü pəncərədən çıxa bilib.

Arxadan gələn üçüncü maşın təhlükədən yayına bilib. 

Fövqəladə Hallar Nazirliyinin Regional xilasetmə qrupları əraziyə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən çayda batmış avtomobillərin çıxarılması istiqamətində müvafiq işlər görülür. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man