Gəncədə ölümlə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Yol qəzaları 11 Fevral 2020 | 11:00
OXUNUB: 637

Gəncə şəhərində bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb. 

Avtosfer.az "Report"un Qərb Mərkəzinin istinadən məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsi ilə İsaq Cəfərov küçəsinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil digər "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə sürücülər, 1988-ci il təvəllüdlü Vüsal Bəhrəmov və 1982-ci il təvəllüdlü Vüsal Əliyevmüxtəlif bədən xəsarətləri alıblar. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onlardan, V.Bəhrəmov orada ölüb. Digər yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 363.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man