70 nəfər məktəblini daşıyan iki mərtəbəli avtobus Çexiyanın şimal-qərb bölgəsində yerləşən Lounı şəhərinin yaxınlığında qəzaya uğrayıb.
TASS agentliyi xəbər verir ki, bu barədə Çexiya respublikasının polis nümayəndəsi Daniel Vitek məlumat verib.
Qəza nəticəsində onlarla şagird müxtəlif bədən xəsarətləri alıb, üç məktəblinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.
Polis qəzanın səbəblərini araşdırır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man