“Nissan” 5 metrlik hündürlükdən uçurma yuvarlandı: 6 nəfər xəsarət alıb - FOTO

Yol qəzaları 09 Fevral 2020 | 18:01
OXUNUB: 1022

Türkiyənin Kastamonu vilayətində minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Ilqaz dağının “15 İyul” İstiqlal tunelinin girişində qeydə alınıb. 

Məlumata görə, Çankırıdan Kastamonuya gələn Heydə Gümüşbaşı idarə etdiyi 71 AAP 846 qeydiyyat nömrə nişanlı “Nissan” markalı minik avtomobillə hərəkətdə olan zaman yolun qarlı və buzlu olması səbəbindən sükan idarəetməsini itirib. Bundan sonra avtomobil sürüşərək əvvəlcə qarşısında hərəkətdə olan mikroavtobusa, ardınca da təxminən 5 metrlik hündürlükdən uçuruma yuvarlanıb.

Nəticədə “Nissan”ın salonunda olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı təhqiqatlara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man