Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Qaraçuxur qəsəbəsində avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Orucov Qurban Məmməd oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qarın və döş qəfəsinin küt travmaları diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man