Rusiyanın Voronej əyalətində mikroavtobusun və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 8-də gecə saatlarında M-4 “Don” avtomagistralının 694-cü kilometrliyində Varvarovka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 37 yaşlı sürücünün idarə etdiyi “Mercedes” markalı mikroavtobus, hərəkətəd olan zaman idarəetmədən çıxıb və iki hərəkətli yolun əks zolağından gələn 45 yaşlı sürücünün idarə etdiyi “MAN” markalı yük maşını ilə toqquşub. Zərbənin şiddətindən mikroavtobus deformasiyaya uğrayıb.
Nəticədə “Mercedes” olan 3 nəfər hadisə yerində dünyasını dəyişib, daha 5-i və yük maşının sürücüsü xəsarətlər alıblar. Onlar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man