Zaqatalada qəzada xəsarət alan şəxs xəstəxanada keçinib

Yol qəzaları 07 Fevral 2020 | 09:00
OXUNUB: 822

Zaqatalada 6 gün əvvəl yol qəzasına düşən 68 yaşlı kişi xəstəxanada ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasında müalicə alan rayonun Danaçı kənd sakini, 1952-ci il təvəllüdlü Abdurəhman Məmmədrəsul oğlu Hudulov fevralın 6-dan 7-nə keçən gecə dünyasını dəyişib.

Qeyd edək ki, A.Hudulov fevral ayının 1-də axşam saat 23:00 radələrində idarə etdiyi qoşqulu motosikletlə yaşadığı kəndin ərazisində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən motosikleti aşırmışdı. Qəza zamanı o, ağır qapalı kəllə-beyin travması almışdı.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man