İtaliyada “Qırmızı ox”(Frecciarossa) adlı sürət qatarının relsdən çıxması nəticəsində 1 nəfər ölüb, 30-u isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident fevralın 6-da səhər saatlarında Milan və Boloniya əraziləri arasında qeydə alınıb. Bu barədə “Corriere della Sera” qəzeti məlumat verib. İlkin məlumatlara görə, qatarın ilk iki vaqonu relsdən çıxıb.
Nəticədə sərnişinlərdən 28 nəfərinin vəziyyətinin yüngül, daha 2-nin isə ağır olduğu bildirilir. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man