Türkiyədə “Boeing B737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb - 120 yaralı - VİDEO-FOTO

Yol qəzaları 05 Fevral 2020 | 20:32
OXUNUB: 1014

Məlumata görə, təyyarədəki 171 sərnişin, 6 heyət üzvündən 21 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. 

***

Yaralıların sayı artaraq 52 nəfərə çatıb. 

***

Son məlumata görə, yaralıların sayı artaraq 120 nəfər olub. Onlardan 2-nin vəziyyəti ağırdır. 

***

Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Mehmet Cahit Turhan təyyarədə 183 nəfərin olduğunu bildirib. Onlardan 177-si sərnişin, 6-sı heyət üzvüdür. 

 

Türkiyədə “Pegasus” aviaşirkətinə məxsus “Boeing B737 800” tipli sərnişin təyyarəsi uçuş-eniş zolağından çıxaraq qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident bu gün İstanbul şəhərində yerləşən Sabiha Gökçen hava limanında baş verib. Bu barədə DHA-a agentliyi məlumat yayıb.

Məlumata görə, İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsi dəniz üzərindən aeroporta enişə keçdikdən sonra zolqda dayana bilməyib və sürüşərək uçuş-eniş zolağından çıxaraq parçalanıb. Daha sonra isə yanmağa başlayıb.

Bildirilir ki, hava gəmisinin göyərtəsində 171 sərnişin və 6 ekipaj üzvü olub. Bütün sərnişinlər təyyarədən təxliyə ediliblər. Nəticədə 52 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanalara çatdırılıblar.

Qeyd edilir ki, Sabiha Gökçen hava limanına gələn təyyarələrin hamısı İstanbulda yerləşən digər aeroportlara yönləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

 

 




Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man