Hindistanda avtobus dərədən aşıb, 7 ölü, 40 yaralı var

Yol qəzaları 04 Fevral 2020 | 21:30
OXUNUB: 1580

Hindistanın Assam ştatında avtobusun dərəyə aşması nəticəsində azı 7 nəfər ölüb, 40 nəfər yaralanıb.

Avtosfer.az APA -ya istinadən xəbər verir ki, bu barədə “Hindistan Today” portalı məlumat yayıb.

Məlumata görə, avtobus sürücüsü idarəetməni itirib, sonra avtobus yol kənarındakı elektrik dirəyinə çırpılıb, sürüşərək dərədən aşıb. Hadisə nəticəsində 5 nəfər yerindəcə ölüb, daha iki nəfər xəstəxanada keçinib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanların ilk köməyinə yerli sakinlər gəlib. Xilasetmə əməliyyatında ordu və polis əməkdaşları da iştirak edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man