Mingəçevir şəhərində iki küçənin kəsişməsində baş verən avtomobil qəzası zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə məxsus diametri 76 mm olan qaz xətti zədələnib.
Bu barədə Avtosfer.az-a “Azəriqaz”dan məlumat verilıib. Bildirilib ki, qəza nəticəsində minə yaxın abonentin qaz təminatının dayandırılmasına zərurət yaranıb.
Hazırda Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və fəsadların aradan qaldırılması işlərinə başlanılıb.
Gültən
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man