Meksikanın San-Luis-Potosi ştatının Siudad-Fernandes bələdiyyəsində altı nəfərin olduğu avtomobil kanala düşüb. Nəticədə dördü qadın olmaqla beş nəfər ölüb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli “Televisa” telekanalı məlumat yayıb.
Avtomobili kanaldan çıxaran xilasetmə xidmətinin nümayəndələrinin sözlərinə görə, ölənlər, çox güman ki, sərxoş vəziyyətdə olublar.
Hüquq-mühafizə orqanları hazırda insidentin səbəblərini araşdırırlar.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man