Bakı-Sumqayıt yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yaxınlığında qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1996-ci il təvəllüdlü Şirəliyev Simran Vasif oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man