Qazaxda avtomobil piyadanı vurub öldürüb.
Avtosfer.az "Qafqazinfo"-ya istinadən xəbərinə görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazağın Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini, 80 yaşlı Aqrahova Hilal İsmayıl qızını vurub. Qəzanı törədən sürücü xəsarət alan piyadanı xəstəxanaya çatdırsa da, onun öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man