Cəlilabadda 9 yaşlı uşağı avtomobil vurub

Yol qəzaları 31 Yanvar 2020 | 19:40
OXUNUB: 1101

Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 2011-ci il təvəllüdlü Əsədov Əbülfəz Faiq oğlunu "Jiquli" markalı minik avtomobili vurub. O, yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona bud və çanaq sümüyünün sınığı diaqnozu qoyulub. Daha sonra müalicəsini davam etdirmək üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man