Sumqayıtda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.
"Mercedes Vito" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan digər "Mercedes" markalı avtomobilə, daha sonra isə 7 saylı marşrut avtobusuna çırpılıb.
Qəza nəticəsində "Mercedes Vito" markalı avtomobilin sürücüsü, 50 yaşlı Natiq Məmmədov ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man