Boliviyada avtobusun və yük maşınının iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 13 nəfər dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 28-də yerli saatla 09.30-da La-Paso və Karabuko şəhərlərini birləşdirən avtomagistralda qeydə alınıb. Bu barədə “El Deber” qəzeti məlumat verib.
Nəşrinin məlumatına görə, toqquşmada daha 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, faciə hadisə yerindən qaçan yük avtomobilinin sürücüsünün səhvi ucbatından baş verib.
Ehtimal edilir ki, hadisəyə görmə səviyyəsinin aşağı olması da səbəb ola bilər.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb, sürücünün tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man