Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Bakı-Qazax magistralının Hacıqabul rayonu, Muğan kəndi ərazisindən keçən hissəsində naməlum markalı avtomobil yolu keçən piyadanı vuraraq öldürüb və sürücü hadisə yerindən qaçıb. Hazırda hadisə yerindən qaçan sürücünün axtarışları istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man