Sabunçu rayonunda təcili tibbi yardım maşınının qəzaya düşməsinin təfərrüatı bəlli olub. Avtosfer.az xəbər verir ki, hadisə Zabrat-Balaxanı yolunda baş verib. Kərimli Sanir İlham oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə Balaxanı qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yol-hərəkəti qaydasını pozaraq əks yola çıxıb.
Bu zaman nəqliyyat vasitəsi əks yoldan gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin avtomobilinə çırpılıb.
Qəza zamanı “Hyundai” markalı avtomobildə olan xanım sərnişin xəsarət alıb.
Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hər iki sürücü Sərxoşluğun Təyin Edilməsi Məntəqəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
22:14
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.
9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən “Hyundai” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man