Türkiyənin İstanbul şəhərində 14 yaşlı uşaq avtomobillə qəza törədib.
“Anadolu” agentliyinin xəbərinə görə, Efe Ü. Ataşehir ərazisində idarəetməni itirib.
Onun idarə etdiyi 34 DG 6309 markalı avtomobil əvvəl yol kənarındakı baryerlərə, sonra isə körpü dirəyinə çırpılıb.
Nəticədə qəzaya uğramış avtomobilin içərisində sıxışan yeniyetmənin bir ayağı qopub.
Hadisə ilə əlaqədar əraziyə polislər və tibb işçiləri cəlb edilib.
Efe Ü. avtomobildən çıxarılaraq xəstəxanaya yerləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man