Hacıqabul rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 21-də saat 19 radələrində Hacıqabul rayonunun Padar qəsəbəsi ərazisində Abşeron rayon sakini N.Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man