Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, yanvarın 20-də saat 2 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini B.Mikayılov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarı ilə gedən 40-50 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man