Zimbavedə avtobusun və yük maşınının iştirakı ilə baş verən ağır yol qəzası nəticəsində azı 14 nəfər ölüb, daha 40-ı isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 18-də Mutare şəhərindən 220 kilometr aralıda sürət trasında qeydə alınıb. Bu barədə yanvarın 19-da yerli “ZBC” radiostansiyası məlumat verib.
Bildirilir ki, qəza avtobusun yük maşınını keçmək istəyən zaman baş verib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man