Türkiyənin Ədirnə vilayətində yeni sürücülük vəsiqəsi alan şəxs qəza törədib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, yanvarın 16-da axşam saatlarında Barıtlıq məhəlləsində baş verib. Məlumata görə, B.Ş. idarə etdiyi 22 AK 219 qeydiyyat nişanlı “Volksvagen” markalı minik avtomobillə, sükan idarəetməsini itirərək ofislə binanın giriş qapısına çırpılıb.
Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə polis və “təcili tibbi yardım” briqadasının əməkdaşları gəlib. Aparılan yoxlama zamanı B.Ş.-nin sərxoş olduğu müəyyən edilib. Ayrıca onun sürücülük vəsiqəsini də yeni aldığı məlum olub.
Nəticədə B.Ş. ilə birlikdə içki qəbul edən və avtomobildə olan daha 3 nəfər, qəzanı kiçik sıyrıqlarla sovuşdurublar. B.Ş., ifadə verməsi üçün bölməyə aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man