Şirvan rayonunda azyaşlı uşağı avtomobil vurub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərində “Yaşıl” market deyilən ərazinin yaxınlığında qeydə alınıb. Belə ki, Şirvan sakini, 2012-ci il təvəllüdlü Həmidova Pakizə Maarif qızını minik avtomobili vurub. Azyaşlı qız Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man