Bu gün axşam saatlarında Balakən şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az APA-nın şimal-qərb bürosunun istinadən məlumatına görə, rayonun Talalar kənd sakini, 1957-ci il
təvəllüdlü Abdurəhman Əfəndi oğlu Hacıyev yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Hacıyev Balakən Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. A.Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Gültən
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man