Bakıda baş vermiş yol-nəqliyyat hadisələri zamanı 2 piyada xəsarət alıb.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş vermiş qəzada yolu keçən 1989-cu il təvəllüdlü Sadıqova Esmira Təmraz qızı xəsarət alıb.
Hadisəni törədən sürücü ərazidən yayınıb.
Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona çanaq oynağının əzilmiş yarası diaqnozu qoyulub.
Digər hadisə Nəsimi rayonunda qeydə alınıb.
Göy Məscidin yaxınlığında baş verən qəzada 1997-ci il təvəllüdlü Əliyev Elvin Mübariz oğlu yaralanıb.
Gənc 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona sağ bud sümüyünün çıxığı, üz sümüklərinin sınığı və açıq kəllə beyin travması diaqnozu qoyulub.
Hər iki faktla bağlı rayon polis idarələrində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man